image-reklam-veteninfo
image-1backend

ABŞ Dövlət Departamenti: “Top indi  İranın meydançasındadır”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus, prezident Donald Trampın son açıqlamalarını şərh edərkən Vaşinqtonun İranla bağlı siyasətində dəyişiklik olmadığını bildirib. “Fox News”a açıqlamasında Brus qeyd edib ki, ABŞ diplomatik yollarla problemi həll etməyə sadiq qalır və qərar vermək növbəsi artıq İran tərəfinə çatıb.

“ABŞ administrasiyasının diplomatiya yürütmək siyasəti dəyişməyib və top indi İslam Respublikasının meydançasındadır”, – deyə sözçü vurğulayıb.

O, habelə ABŞ-nin İranda yerləşən bəzi nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hava zərbəsini də xatırladaraq bildirib: “Baş verənlər fonunda, İranın uyğun addım atacağına ümid edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki