image-reklam-veteninfo
image-image_750x_6596af7add1b8-750-1080-resizebackend

ABŞ epidemiyanın əsirinə çevrilib 

image-reklam-veteninfo

ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında təsirli olan qızılca xəstəliyinin son həftələrdə artaraq 12 ştata yayıldığı, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayının 222-yə çatdığı bildirilib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlama verib.

CDC-nin rəsmi saytında verilən açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla artıq 222 hadisənin aşkar edildiyi bildirilir.

Qızılcanın Texas və Nyu-Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda da rast gəlindiyi qeyd edilib.

Açıqlamada Texasda bir uşaq və Nyu-Meksikoda bir yeniyetmənin qızılcadan öldüyü bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki