image-reklam-veteninfo
image-1backend

 ABŞ: “ İranın mülki tankeri ələ keçirməsi beynəlxalq hüququn pozulmasıdır” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın “Talara” adlı tankeri ələ keçirməsinə münasibət bildirib. Komandanlıq hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirib və bunun qlobal ticarətə ciddi təhdid yaratdığını vurğulayıb.

CENTCOM-un bəyanatında qeyd olunur ki, İran tərəfi mülki gəmi üzərində hərbi güc tətbiqinə görə hüquqi əsaslarını təqdim etməlidir.

Qurum, habelə, Amerikanın müttəfiqləri və tərəfdaşları ilə birlikdə bölgədə sülh və sabitliyin qorunması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

İran cümə günü BƏƏ-nin Şarja limanından Sinqapura yola düşən tankerin SEPAH qüvvələri tərəfindən ələ keçirildiyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki