ABŞ İranın məşhur “Shahed” dronlarına cavab olaraq yeni və daha ucuz pilotsuz uçuş aparatını – LUCAS adlı kamikadze dronun təqdimatını keçirib.
Arizona ştatında yerləşən SpektreWorks şirkəti tərəfindən hazırlanmış bu dron Pentaqonun avtonom sistemlər üzrə nümayişində ilk dəfə ictimaiyyətə təqdim olunub.
LUCAS artıq sınaqlardan uğurla keçib, kütləvi istehsala tam hazır vəziyyətdədir və yaxın zamanda ABŞ ordusunun istifadəsinə veriləcəyi gözlənilir. (Business Insider)