image-reklam-veteninfo
image-1backend

ABŞ rəsmisi: “ İranla bağlı qərar vermə vaxtı çatıb”  

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ-nin BMT-dəki səfiri Doroti Şi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İran hazırda kritik nöqtədədir. Onun sözlərinə görə, İran iki seçim – nüvə öhdəliklərini pozmağa və proksi qüvvələrə, qruplara dəstək verməyə davam etmək, ya da nüvə proqramından imtina edərək mənalı diplomatiyaya qayıtmaq qarşısındadır. O, bildirib ki, İsrail və İran arasında 12 günlük müharibənin başa çatması və atəşkəsin əldə olunması fonunda indi Tehran üçün qərar anıdır. Şi xəbərdarlıq edib ki, əgər İran bu kursu davam etdirərsə və razılaşmaya gəlməzsə, ABŞ öz vətəndaşlarını, hərbi qüvvələrini və bölgədəki tərəfdaşlarını qorumaq üçün maksimum diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki