Vətəninfo.az xəbər verir ki, Norveç Prokurorluğu ABŞ-nin Oslodakı səfirliyinin keçmiş mühafizəçisinin İran İslam Respublikası və Rusiyanın xeyrinə casusluq ittihamı ilə mühakimə olunduğunu açıqlayıb.
Norveçin NRK kanalının məlumatına görə, həmin Norveç vətəndaşı işlədiyi müddətdə çox məxfi məlumatlara geniş çıxış imkanına malik olub və səfirliyin daxili xəritələri, təhlükəsizlik tədbirləri, ziyarətçi siyahıları, işçilərin profilləri və hətta diplomatların ailələri kimi təfərrüatları İran və Rusiyadan olan təhlükəsizlik əməkdaşlarına ötürüb.
İttihama görə, bu həyati vacib məlumatlar avro ilə nağd pul və Bitcoin kriptovalyutası şəklində ödəniş müqabilində satılıb və bu, prokurorların fikrincə, “ABŞ-nin milli təhlükəsizliyi, diplomatların həyatı və diplomatik infrastruktur üçün ciddi risklər” yaradıb.