image-reklam-veteninfo
image-1backend

ABŞ Ticarət Nazirliyi 29 Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri şirkətini “qara siyahı”ya saldı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 29 şirkəti “qara siyahı”ya salıb. Bunlar arasında Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə məxsus şirkətlər yer alır. Nazirliyin yaydığı məlumatda bildirilir ki, siyahıya daxil edilən şirkətlərə malların ixracı və təkrar ixracı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Bəyanatda qeyd edilir ki, həmin şirkətlərin fəaliyyəti ABŞ-ın xarici siyasətinə və milli maraqlarına ziddir. “Qara siyahı”ya düşmək əlavə ixrac problemlərinə, tədarüklərdə məcburi lisenziyalaşdırmanın tətbiqinə və şirkətlər üçün müəyyən edilmiş imtiyazların əksəriyyətinin ləğvinə səbəb olur.

Qərar 8 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki