ABŞ fondları Argentem Creek Partners (ACP) və Innovatus Capital Partners Odessadakı Olympex taxıl terminalına nəzarəti ələ keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, ACP-nin partnyoru Con Patton terminalı “yayda bir müddət” yenidən açmaq istəyini bildirib.
O, bunun 2025-ci ilin payızının əvvəlində də baş verə biləcəyini istisna etməyib.
FT-nin məlumatına görə, terminalı isveçli sahibkar Karl Sturen idarə edəcək.