image-58181b2c80423backend

ABŞ və Kanada sığınacaq axtaranları rədd etmək barədə razılığa gəliblər

image-reklam_sirab_01

Rəsmilər ABŞ və Kanadanın qeyri-qanuni sərhəd keçidlərində sığınacaq axtaranları rədd etmək barədə razılığa gəldiyini açıqlayıb.
ABŞ prezidenti Co Bayden və Kanadanın Baş naziri Castin Trüdo bu razılaşmanı Baydenin cümə günü Ottavaya səfəri zamanı elan edəcəklər.

Razılaşmanın ABŞ və Kanada səlahiyyətlilərinə hər iki ölkədən sığınacaq axtaranları geri qaytarmağa imkan verəcəyi gözlənilir.

Yeni tənzimləmə Kanadanın qeyri-rəsmi keçid məntəqələrində sərhəddi keçənləri geri qaytarmasına mane olan Təhlükəsiz Üçüncü Ölkə Müqaviləsindəki boşluğu dolduracaq.

Belə ki, müqavilədəki həmin boşluq mühacirlərin Roxham Road kimi yerlərdən Kanadaya girməsinə səbəb olmuşdu.

Hesabatlara görə, yeni ABŞ-Kanada sərhəd razılaşması ilə bağlı danışıqlar aylardır dayandırılıb.

Ölkənin ABŞ-Meksika sərhədində öz immiqrasiya böhranı ilə mübarizə apardığı üçün ABŞ rəsmilərinin müqaviləni dəyişdirmək istəmədiyi bildirilir.

“CBS News”un xəbərinə görə, müqavilənin bir hissəsi olaraq Kanada Cənubi və Mərkəzi Amerikada təqib və zorakılıqdan qaçan 15 min mühacir üçün yeni qaçqın proqramı yaradacaq.

Bayden bir sıra iqtisadiyyat, ticarət və immiqrasiya məsələlərini Trüdo ilə müzakirə etmək üçün 24 saatlığına Kanadanın Ottava şəhərindədir.

Mühacir müqaviləsinin Bayden ABŞ-a qayıtmazdan əvvəl bu gün elan edilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki