Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti və ölkənin Dəməşqdəki səfirliyi öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb. Departamentin açıqlamasına görə, iyulun 20-dən etibarən, Əs-Suveyda bölgəsindən sərhəd keçid məntəqələrinə və Dəməşqə qədər humanitar dəhlizlər açılıb. ABŞ vətəndaşlarına, əgər mümkünsə, Suriyanı təkbaşına tərk etmələri tövsiyə olunur.
Bəyanatda, ABŞ vətəndaşlarının Suriya və İordaniya arasındakı quru sərhədindən keçə biləcəyi, bu yolla sərhəd keçidində viza veriləcəyi qeyd edilib. Habelə, hava limanlarının açıq olduğu və Dəməşqdən müntəzəm uçuşların həyata keçirildiyi bildirilib.
Dövlət Departamenti vətəndaşların təhlükəsiz bir şəkildə ölkəni tərk etmələrini təşviq edir.