Bu gün ABŞ Dövlət Departamenti, Hindistan, Panama və Seyşel adaları da daxil olmaqla bir neçə ölkədə fəaliyyət göstərən 17 şəxs, təşkilat və gəmini İranın neft və neft məhsullarının satışında iştirak etdikləri səbəbindən sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Vaşinqton, bu addımın İranın beynəlxalq maliyyə şəbəkələrindəki fəaliyyətlərini dəstəkləyən qurumlara qarşı yeni bir mübarizə olduğunu vurğulayıb.
ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi açıqlamasında, bu şəxslərin və qurumların “İranın neft satışları vasitəsilə terrorçuluğu və digər qanunsuz fəaliyyətləri maliyyələşdirmək məqsədi ilə əməliyyatlar apardıqlarını” bildirib.
Sanksiyalar bir hava yolu şirkəti və onun filiallarına da şamil edilib. ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdə yerləşən 41 şəxs, qurum, gəmi və təyyarələrə də sanksiya tətbiq edərək, İranın neft ixracına qarşı mübarizəni gücləndirmək niyyətindədir.


























