image-reklam-veteninfo
image-62148b91dca0e62148b91dca0f1645513617d74572bfbe32a1de3c01431293dd533cbackend

Abşeronda evdən 8 min manatlıq oğurluq edilib

image-reklam-veteninfo

Abşeronda inşası başa çatmayan evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə fevralın 7-dən 11-dək olan müddətdə Xırdalan şəhəri ərazisində inşası başa çatmamış bir evin həyətindən 8000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Murtuzayev və Lənkəran rayon sakini F.Şərifov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki