image-reklam-veteninfo
image-1backend

Əmrullayev ona yüksək vəzifə verdi

image-reklam-veteninfo
Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

Vətəninfo.az  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

Xatırladaq ki, Nigar Kərimova 2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki