image-2backend

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

image-reklam_sirab_01

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal ediblər. İşğal edilmiş rayonların arasında əhalisinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı.

Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Rayon ərazisindən Qarqarçay və Xaçınçay çayları axır. Ağdam rayonu ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Ağdamın tarixi xx əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardıqları arxeoloji tədqiqatlar zamanı Eneolit və Orta Tunc dövrünə aid abidələr aşkar ediblər.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başladı. Belə dövlətlərdən biri  də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biridə yüksək mədəniyyətə sahib olan qarqarlar Ağdam ərazisindəki Qarqarçay boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm  rol oynadığına əyani subutdur.

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkşaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayon arekosmik və rabitə cihazları, avtomobil təmiri, asfalt, yağ-pendir, konserv, barama, pambıq, şərab və çörək zavodları, xalça fabriki, tikinti materialları və ət kombinatları, taxıl məhsulları, iki dəmir yolu vağzalı və aeroport, Üzeyir Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və başqa sosial və mədəniyyət ocaqları fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Əhməd Ağdamiski, Qurban Primov, Sara Qədimova, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, akademik Zakir Məmmədov və.b onlarla görkəmli şəxsiyyətlər  bəxş etmişdir.

Ağdamın işğalı Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cəryan edən hadisələrin mərkəzində olmuşdur.1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Dağlıq Qarabağın ətraf rayonlarınada da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsmirdi. Mənfur düşmən 1993-cü ilin iyul ayının 23-də Ağdamın bir çox hissəsini işğal etdi. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid oldu.

2020-ci il 20 noyabr Ağdam işğaldan azad edildi. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək qəddar düşməni torpağımızdan qovdu. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq,  yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Prezident İlham Əliyev Ağdam üçün yeni dövür başladığını demişdir. O, hər zaman öz çıxışlarında bəyan edərək bildirir ki, biz bu torpaqları, şəhərləri, kəndləri yenidən bərpa edəcəyik. Ağdam rayonu yenidən Azğrbaycanın ən zəngin mədəniyyətin və iqtisadiyyatın inkşaf etdiyi rayonlardan birinə çevriləcək.

Noyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna gedərək Ağdam məscidini ziyarət etmişdilər.

May ayının 28-dən başlayaraq Ağdamın yenidən qurulmasının təməli qoyulmuşdur. Bunlara misal olara: Bərdə-Ağdam avtomabil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam Zəfər muzeyi, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməl qoyma mərasimi.

04.10. 2022-15.10.2023 -cü il tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama dəfələrlə səfər edərək təməlqoyma, reallaşdırılan yeni infrastruktur layihələr və tikinti işlərinin gedişi ilə xüsusi olaraq maraqlanmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi güclü, yenilməz Azərbaycan Ordusu və Azərbaycan Prezidentinin uzaqgörən siyasəti ilə və Azərbaycanın qələbəsi ilə başa çatmışdır.

Allah İkinci Qarabağ müharibəsində iştirak edən əsgərlərimizi, Ali Baş Komandamızı, xalqımızı qorusun. Azərbaycanımızda daim sülh, əmin-amanlıq olsun. Qanı, canı bahasına torpağımızın hər qarışını qoruyub canından keçən şəhidlərimizi heç bir zaman unutmayacağıq. Onlar əbədi olaraq bizim yaddaşlarımızda yaşayacaq.

 

Xəyalə Əzizova

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki