image-reklam-veteninfo
image-1backend

Maaş kartları ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

image-reklam-veteninfo

Hazırda dövlət, özəl müəssələrdə şirkətlər əməkdaşları üçün müəyyən bank hesabları açır. Bu isə işçilərə bank seçimi hüququ vermir.

Yaxın zamanlarda ölkədə əməkhaqqı sistemində bir sıra yeniliklər gözlənilir.

“Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər”.

Bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu qərarın olması çox yaxşıdır. Ölkədə bank sistemi ciddi fərqlər mövcuddur:

“Xüsusilə bölgələrdə bankomatlar azdır. Vətəndaş pulunu nəğdləşdirmək üçün bəzən müəyyən yol qət edir. Bu, həmçinin vaxta qənaət deməkdir. Burda xərci çəkən banklar digər banklardan faizi tutacaqdır. Yəni, banklar vətəndaşdan yox, digər banka müraciət edəcək”.

Bəs bu banklar üçün əlavə xərc yaradacaq?

Ekspert qeyd edib ki, bankomat xidmətlərini təmin edən banklar digər banklardan müəyyən xidmət haqqı alacaq. Beləliklə, bu banklar üçün əlavə xərc yaratmayacaq. Bu halda da rəqabət artacaq./milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki