image-reklam-veteninfo
image-1backend

Ağdərənin Vəngli kəndinə daha 28 ailə yola salınıb

image-reklam-veteninfo
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Oktyabrın 9-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.

Vəngli kəndinə bu mərhələdə 28 ailə – 112 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

Laçın – 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) – 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) – 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) – 316 nəfər (79 ailə)
Füzuli – 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) – 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) – 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) – 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) – 681 nəfər (188 ailə)
Şuşa – 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) – 892 nəfər (195 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) – 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) – 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) – 299 nəfər (85 ailə)
Təzəbinə (Xocalı) – 125 nəfər (28 ailə)
Xıdırlı (Ağdam) – 1318 nəfər (350 ailə)
Kolatağ (Ağdərə) – 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) – 300 nəfər (79 ailə)
Şuşakənd (Xocalı) – 59 nəfər (15 ailə)
Qırmızı bazar (Xocavənd) – 39 nəfər (10 ailə)
Sos (Xocavənd) – 45 nəfər (10 ailə)
Hadrut (Xocavənd) – 42 nəfər (10 ailə)
Badara (Xocalı) – 55 nəfər (14 ailə)
Seyidbəyli (Xocalı) – 30 nəfər (9 ailə)
Daşbulaq (Xocalı) – 67 nəfər (13 ailə)
Kəlbəcər – 338 nəfər (81 ailə)

Cəmi: 19 019 nəfər

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki