Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, Aİ xarici işlər nazirləri iyunun 15-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edə bilməyiblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, sanksiyalar yenidən Slovakiya tərəfindən bloklanıb.
“Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi”, – Kallas qeyd edib.