İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai: İran və Aİ-3 ölkələrinin İranın nüvə proqramı ilə bağlı danışıqları iyulun 25-də İstanbulda keçiriləcək.
Görüş ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.
Eyni zamanda İran mediası yazır ki, bu, Fransa, İngiltərə və Almaniya ilə bu məsələ ilə bağlı 5-ci görüş olacaq. Qeyd olunur ki, bu görüşlər “ABŞ ilə dolayısı danışıqlardan ayrı” keçirilir.
Qeyd edək ki, bundan əvvəl danışıqların iyulun 27-də Cenevrədə baş tutacağı bildirilirdi.