Avropa Komissiyası Ukraynadakı mədəniyyət və yaradıcılıq sektorlarını dəstəkləmək məqsədilə ümumi dəyəri 7 milyon avro olan dörd layihəyə maliyyə vəsaiti ayırdığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu dəstək Avropa İttifaqının “Yaradıcı Avropa” proqramı çərçivəsində həyata keçirilir. Komissiya sözügedən layihələrin icrası üçün ikinci təkliflər çağırışı nəticəsində müvafiq müqavilələr imzalayıb.
Dəstəklənən layihələr arasında ukraynalı rəssamların və mədəniyyət təşkilatlarının birgə istehsalına və onların əsərlərinin sərgilənməsinə yönəlmiş “ZMINA Dayanıqlıq” layihəsi, mədəni həmrəyliyə dəstək verən və ukraynalıların mədəni irsə çıxışını təşviq edən “Mədəni Üfüqlər”, eləcə də Ukraynanın mədəniyyət və yaradıcılıq sahələrinin müharibədən sonrakı bərpasına hazırlıq məqsədi daşıyan “UAxEU” layihələri yer alır.
Qeyd edək ki, 7 milyon avro məbləğində maliyyə dəstəyi 2025-ci ilin iyulunda Romada keçirilən Ukraynanın bərpasına dair konfransdan sonra əlavə edilən 2 milyon avro ilə artırılıb.
“Yaradıcı Avropa” proqramı 2014-cü ildən fəaliyyət göstərir. Proqramın əsas məqsədi bədii layihələri dəstəkləmək, yaradıcı sektorun iqtisadi potensialını artırmaq, mədəni və linqvistik müxtəlifliyi təşviq etmək, eyni zamanda Avropa mədəni irsini qorumaqdır.