Almaniya 2026-cı ildə silahlı qüvvələrin bütün qolları üçün silah və hərbi texnikanın alınmasına 377 milyard avro xərcləməyi planlaşdırır.
Vətəninfo.az xəbər verir ki, nəşrin məlumatına əsasən, Bundesver 2026-cı ildə təxminən 320 yeni silah və hərbi texnika layihəsinin inkişafına başlamağı planlaşdırır. Artıq 178 layihə üzrə podratçılar seçilib — onlardan 160-ı Almaniya şirkətləri, qalanları isə hələ də müzakirə mərhələsindədir.
Planlara görə, 2035-ci ilə qədər Alman Ordusu 687 ədəd “Puma” piyada döyüş maşını və 561 ədəd “Skyranger” əks-dron sistemi alacaq. Bundan əlavə, peyk proqramının genişləndirilməsi də nəzərdə tutulur.
Məlumata görə, alışların böyük əksəriyyəti 2026-cı ildə həyata keçiriləcək, lakin bəzi layihələr uzunmüddətli xarakter daşıyır və onların dəqiq tamamlanma tarixləri hələ müəyyənləşdirilməyib.


























