image-reklam-veteninfo
image-1backend

Almaniya İran vətəndaşları üçün humanitar viza prosesini dayandırdı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən Almaniya Xarici İşlər Nazirliyi bəzi ölkələrin, o cümlədən İran vətəndaşları üçün humanitar vizaların verilməsi və sürətləndirilmiş qəbul prosedurlarının dayandırıldığını açıqlayıb.

“Daxili İşlər Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında əvvəlki qanunvericilik dövrlərində İran, Belarus və Rusiya vətəndaşları üçün Yaşayış haqqında Qanunun 2-ci bölməsinə uyğun olaraq razılaşdırılmış sürətləndirilmiş qəbul prosedurları artıq tətbiq edilməyəcək,” – deyə bəyanatda vurğulanıb.

Bu açıqlama Almaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırması və İran vətəndaşları üçün viza xidmətlərini dondurması barədə xəbərlərin yayılmasından təxminən bir həftə sonra verilib.

Hazırda bu prosedurun dayandırılması o deməkdir ki, İran vətəndaşları üçün istisna humanitar əsaslarla Almaniyaya köçürülmə proqramları icra olunmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki