“Bild” qəzetinin məlumatına görə, Baden-Vürtemberq əyalətində qatarın relsdən çıxması nəticəsində 50-yə yaxın adam xəsarət alıb, onlardan 25-i ağır yaralanıb.
Qəzada ölən 3 nəfərdən ikisi qatar maşinisti də daxil olmaqla Deutsche Bahn dəmir yolu şirkətinin işçiləridir. Polis hadisənin səbəbinin böyük ehtimalla torpaq sürüşməsi olduğunu təsdiqləyib.
Baden-Vürtemberq polisinin mətbuata açıqlamasında “Güman edilir ki, leysan yağışlar səbəbindən hadisə yerindəki drenaj xəndəyi aşıb. Su dəmir yolu xəttinə sürüşmə yaradıb və bu da qatarın relsdən çıxmasına səbəb olub”.
Qəza bazar günü saat 18:10 radələrində baş verib. Riedlingen şəhəri yaxınlığında. Deutsche Bahn regional qatarının iki vaqonu relsdən çıxıb. Qəza zamanı təyyarədə 100-ə yaxın insan olub. Qatar Siqmaringendən Ulmaya gedirdi. Bu ərazidə qatarların hərəkəti dayandırılıb.