image-bac31380-ebf3-4c5a-a5cc-17ac02ad9045backend

Ana və övladları necə öldürülüb? – ürəyi zəif olanlar baxmasın – VİDEO

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi dünən gecə saatlarında gördüyünüz bu beş mərtəbənin 5-ci mərtəbəsində dəhşət yaşanıb. 38 yaşlı Gülnar Qaraxanova iki azyaşlı övladı ilə birlikdə bacısının əri tərəfindən qətlə yetirilib.

Gülnar Qaraxanova övladları 2008-ci il təvəllüdlü Lamiyə, 2011-ci il təvəllüdlü Ataxan ilə birlikdə Nizami rayonunda evdə kirayədə yaşayırmışlar.

Veteninfo.az apa tv-yə istinadən xəbər verir ki, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, “evin pulunu hazırlamışıq” deyib. Yaxınlarının dediyinə görə Əhəd Əliyev də onlarda pul olduğunu bilib. Onun külli miqdarda borcu olduğundan dəhşətli qətli törədib. Mərhumun evində olan 40 min manatın 20 min manatı saxlanılan zaman cinayətkarın üstündə aşkarlanaraq dəlil kimi götürülüb.

Ana və iki övladı Sabirabadın Ulacalı kəndində dəfn olunublar. Öldürülən qadının əri isə TIR sürücüsü olub və hadisə zamanı evdə olmayıb. O, yalnız bu gün dəfn mərasiminə gəlib çata bilib.

Mərhumun bibisi oğlu Şahlar Məlikov deyir ki, Əhəd Əliyev tamah məqsədi ilə evə daxil olaraq öz baldızın bıçaqlayıb, sonra 2 uşağı bıçaqlayıb, başların kəsib: “Evdə pulun olması barədə hamımızın xəbəri var idi. O xanımı izləyib və yaxud blokda gözləyib. Xanım evə daxil olanda həmin anda uşaqlar evdə olub, həmin müddətdə. Çünki onlar heç kimə qapı açmırdılar. Xanım evə daxil olanda o da evə daxil olub. Görünür onun arxadan başın kəsmək istəyib onlar əlbəyaxa olublar. Bıçaq alın nahiyəsinə dəyib. Sonra polis əməkdaşlarının dediyinə görə, 7 bıçaq qadına vurulub, oğlanın başı kəsilib, qız uşağının baş kəsilib və eyni zamanda da 5 bıçaq qıza vurulub”.

Faktla bağlı cinayət işi başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image