image-cc11c5d4-cd8b-4e18-afed-aa8a698aa6fabackend

ATƏT-in Minsk qrupu ölsə də, doğduğu Ruben Vardanyan da ölü doğulub – Nahid Canbaxışlı yazır

image-reklam_sirab_01

ATƏT-in Minsk qrupu ölsə də, doğduğu Ruben Vardanyan da ölü doğulub.

Konfiliktolologiya elminin əsas prinsiplərindən biri, istər dünya, istərsə də regional müstəvidə baş verə biləcək hadisələrin mərkəzindəki koroner arter damarların bəslənilməsidir.

Bunu sadə oxucunun bilməsi üçün yazmış olsaq, əsas qidalandırma damarları da demək olar.

2020-ci ildə Azərbaycanın 30 il sonra öz torpaqlarını Ermənistanın işğalından güc yolu ilə azad etməsi ilə bölgəmizdə 30 ildir mövcud olan konfliktin koroner arter damarını birdəfəlik kəsmiş oldu.

Düzdür, münaqişəni yaradanlardan və bəsləyənlərdən biri olan Rusiya 44 günlük müharibədə hərbi və dolayısı ilə siyasi baxımdan bu koroner arter damarı bəsləyən Nikol Paşinyan və komandası Kremlə qarşı sərgiləmiş olduğu siyasi davranışı ilə şimal qonşumuzun müharibədə aşkar hərəkətlərdən qaçmasına səbəb oldu.

Amma Kremlin 44 günlük müharibənin ardından bölgədəki forpostu Ermənistanı tamamən nəhv olmaması üçün Nikol Paşiniyanı kaputulyasiya aktını imzalamağa, eyni zamanda münaüişənin tamamilə bitməsi,Azərbaycan və Ermənistan arasında daimi sülhün olması üçün üçtərəfli müqavilənin imzalanmasına da nail oldu.

Düzdür, bu, Rusiya və Vladimir Putin üçün çətin bir addım idi. Ancaq yatmış qurd oyanmışdı və qarşısına çıxanı parçalayırdı. Belə olduqda Rus ayısı ya qurdun önünə çıxıb artıq-urtuğu ilə bəslədiyi çaqqalı qorumalı idi, ya da çaqqalın yaşaması üçün qurdun qarşısında bəyaz bayraq qaldırmalı idi.

Əgər 44 günlük müharibədə Azərbaycan erməni əsgərini canlı qüvvə olaraq pərən-pərən saldısa da, müharibə meydanındakı partlayan, alovlar içərisində yanan Rusiyanın Ermənistana peşkaş çəkdiyi silah-sursat, hərbi texnika idi.

Yəni müharibədə Ermənistan Nikol Paşinyan timsalında kapitulyasiya aktını, Rusiya isə Putinin timsalında “Ağ bayraq” qaldıraraq üçtərəfli sazişə imza atanlardan oldu. Müharibə dövründə, eyni zamanda da müharibədən sonrakı dövrdə rəsmi Bakının ATƏT-in Minsk qrupunu 30 il boyunca fəaliyyətsizlikdə ittiham etməsi, 44 günlük müharibədən sonra, Minsk qrupuna artıq ehtiyac olmadığını davamlı olaraq bəyan etməsi isə okeanın o tayında ABŞ-ı, Avropada isə Ermənistanın strateji müttəfiqi Fransanı ciddi narahat etməyə başladı.

Rəsmi Bakı bütün kartlarını açıq oynayaraq Vaşinqtona və Parisə bəyan etdi ki, artıq ölmüş və heç bir şeyə yaramayan Minsk qrupunu reanimasiyaya aparmaq, onu yaşatmaq üçün müxtəlif aparatlara qoşmaq mənasızdır.

Siz bəri başdan ən yaxşısı bu ölümü qəbul edin və daha da maneələr yaradacaq siyasətinizdən uzaqlaşın.

ABŞ və Fransa isə Ermənistan vasitəsi ilə regional proseslərin mərkəzində olmaq, müxtəlif damarları bəsləmək üçün isə öz huylarından əl çəkmirlər.

Belə olduqda isə Rusiya da proseslərə yeni kartlarını dövriyyəyə salmağa cəhd edir.

Bu cəhdlərdən biri artıq bəllidir.

İllərdir Putinin sığalladığı, müxtəlif imkanlar sayəsində milyarderə çevrilən Ruben Vardanyan birdən-birə, Rusiya Federasiyası vətəndaşlığından imtina edərək Xankəndinə gəldiyin açıqlayır.

Amma yuxarıda qeyd etdiyimiz kimi, münaqişənin korner arter damarlarını 44 günlük müharibə ilə qidalanmadan məhrum edən Azərbaycanın yenidən öz torpaqlarında hansısa oyunların təkrarlanmasına müsadə edəcəyi görünmür.

Çünki yenidən Qarabağda hansısa münaqişənin alovlanması üçün,ilk növbədə forpostları və süfrə artıqları ilə bəslədikləri Ermənistan o Ermənistan deyil.

İstər hərbi, istərsə də iqtisadi-siyasi tənəzzülə uğrayan ölkə, yenidən müharibə həvəsinə düşməklə tamamilə yox olacağını gözəl dərk edir.

Elə bu səbəbdəndir ki, Paşinyan Ermənistandakı revanşist müxalif qüvvələrdən fərqli olaraq “Bizim çarəmiz yoxdur, yeganə çıxış yolu sülh sazişini bağlamaqdır” deməsidir.

Paşinyan öz deputatları ilə Gümrüdə qapalı toplantıda “İlham Əliyev həm müqavilə məsələsində, həm də Zəngəzur dəhlizi məsələsində bir addım da çəkilmir” deməsi də baş nazirin Azərbaycanın şərtlərinin qəbul etməkdən başqa çarələrinin olmadığı açıq şəkildə etirafıdır.

Ona görə də istər ABŞ, istər Fransa istərsə də Rusiya anlamalıdırlar ki, Qarabağ münaqişəsi də bitib, bölgədə yeni konfliktləri bəsləmək də.

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image