image-reklam-veteninfo
image-1backend

Avropa ölkələri Rusiyanın G8 formatına qaytarılmasını təklif edib – The Telegraph  

image-reklam-veteninfo

Cenevrədə aparılan danışıqlar zamanı Avropa ölkələri Rusiyanın “Böyük Səkkizlər” (G8) formatına qaytarılmasını təklif edib. The Telegraph yazır ki, bu addım Ukrayna müharibəsinin tamamlanmasına dair mümkün sülh sazişi çərçivəsində nəzərdən keçirilən güzəştlərdən biri kimi irəli sürülüb.

Məlumata görə, Avropanın hazırladığı paket təkliflərdə Rusiyanın G8-də iştirakının bərpası xüsusi bənd kimi yer alıb. Xatırladaq ki, Rusiya 2017-ci ildə Krımın işğalına görə G8-dən çıxarılmışdı.

Nəşr qeyd edir ki, bu təklif Avropa liderlərinin ABŞ və Rusiya arasında müzakirə olunan sülh planına cavab olaraq hazırladığı daha geniş güzəştlər siyahısına daxildir. Sənəddə həmçinin Rusiyanın dünya iqtisadiyyatına “tədrici reinteqrasiyası” ehtimalından bəhs edilir və G8-ə dönüş bu prosesin mümkün elementlərindən biri kimi göstərilir.

ABŞ-ın 28 bəndlik planına cavab olaraq Avropa ölkələri 24 bənddən ibarət öz sənədlərini hazırlayıblar. Bu variantın bir çox məqamlarının Ukrayna üçün daha əlverişli olduğu bildirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə keçirilən görüşlərdə Kiyevin mövqeyi eşidilib və Tramp komandasından müsbət siqnallar alınıb. Onun sözlərinə görə, danışıqlar gecəyə qədər davam edir və Ukrayna nümayəndələri yeni məlumatlar təqdim edəcəklər.

ABŞ dövlət katibi Marko Rubio isə Cenevrə görüşlərinin Trampın sülh planı ilə bağlı “indiyədək ən məhsuldar və ən mühüm” mərhələ olduğunu deyib. O, sənədə müəyyən dəyişikliklər ediləcəyini, lakin hələ də üzərində işlənməli məqamların qaldığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki