image-reklam-veteninfo
image-hava-istibackend

Avropada görünməyən fəlakət: Yayın istisi 50 mindən çox insanın həyatına son qoyub

image-reklam-veteninfo

2026-cı ilin yayı Avropada XXI əsrin ən ölümcül yaylarından biri kimi qeydə alınıb. Güclü və uzunmüddətli istilər nəticəsində azı 50 min insanın həyatını itirdiyi bildirilir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

İmperial Kollec və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç və İsveçrədə yerləşən 854 şəhəri əhatə edən araşdırma aparıblar. Tədqiqata ümumilikdə 30 ölkənin ərazisi daxil edilib və bu şəhərlərdə həmin ölkələrin əhalisinin təxminən 40 faizi yaşayır.

Araşdırmanın nəticələrinə görə, yay aylarında sözügedən şəhərlərdə istilərlə əlaqəli 50 mindən çox ölüm qeydə alınıb. Bu ölümlərin təxminən 32 mininin iqlim dəyişikliyi ilə əlaqəli olduğu müəyyən edilib.

Tədqiqatçılar vurğulayıblar ki, araşdırma yalnız şəhərləri əhatə edir. Buna görə də kənd yerlərində baş verən ölümlər də nəzərə alınarsa, istilərin səbəb olduğu ümumi ölüm sayının daha yüksək olması mümkündür.

Nəşrin məlumatına görə, istilərlə əlaqəli ölümlərin təxminən üçdə ikisi iqlim dəyişikliyinin təsiri ilə bağlıdır. Alimlər hesab edirlər ki, əldə olunan nəticələr Avropada ekstremal istilərin insan həyatı üçün yaratdığı təhlükənin miqyasını bir daha ortaya qoyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki