Böyük Britaniyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, Azərbaycan və Böyük Britaniyanın İxrac Kredit Agentliyinin (UKEF) dəstəyi ilə 5 milyard funt sterlinqlik kredit zəmanəti proqramı çərçivəsində ilk əməliyyatını uğurla başa çatdırıb.
Diplomatik nümayəndəlik qeyd edib ki, “Silk Way West Airlines” Böyük Britaniyada ən müasir “Boeing 777” uçuş simulyatorunun alınması üçün ixracın maliyyələşdirilməsinə dair müqavilə bağlayıb.
“Britaniya şirkəti L3Harris Commercial Aviation Solutions tərəfindən istehsal olunan simulyator Boeing 777-nin üç variantını birləşdirən yeni nəsil modeldir və Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələrinə çox realist təlim mühiti təklif edir.
Azərbaycanın strateji yerləşməsi, qlobal aviasiya və logistika sahəsində artan rolu səbəbindən Azərbaycan və Böyük Britaniya arasında fantastik potensialı əməkdaşlığı çərçivəsində daha da inkişaf edir. UKEF”, – səfirlik vurğulayıb.