Azərbaycanın xarici işlər naziri əmindir ki, Bakının təklifləri İrəvan üçün yaxşı fürsətdir.
Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər verib, sənəd beş bənddən ibarətdir. Vətəninfo.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O əlavə edib ki, Bakı indi İrəvandan cavab gözləyir.
“Əgər Ermənistan səmimi şəkildə münasibətləri normallaşdırmaq istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir”.
Ceyhun Bayramovun sözlərinə görə, bir il əvvəl prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib, lakin “bir ilə yaxındır ki, İrəvandan heç bir cavab yoxdur”.


























