image-326b5671-a5d2-3437-a40d-97b7c0d5ab7e_850backend

Azərbaycan Prezidenti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlət başçısı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü məmnunluqla xatırladıb, həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.

Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik edib. Qonaq İranın Azərbaycan ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Görüşdə, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki