image-dab51223-a601-4cd7-ba0e-a1f2d4d445d0backend

Bakı şəhər Prokurorluğunun 14 əməkdaşı cəzalandırıldı

image-reklam_sirab_01

2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Veteninfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Prokurorluğunun 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulub.

Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki