Vaşinqton Ermənistana yardım üçün 24 milyon dollar ayırmaq istəyir ki, bu da Konqresin 2022-ci maliyyə ili üçün ayırdığı məbləğdən 21 milyon dollar azdır.
Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ermənistana maliyyə yardımını azaltmaq və 2023-cü ildə Azərbaycanın Rus sülhməramlı kontingentinin nəzarət zonasına mövcud olan erməni separatçılarına vəsait ayırmamaq niyyətindədir.
Co Baydenin administrasiyasının separatçı rejimlərə qarşı belə bir addımı isə, Amerika Erməni Milli Komitəsini məyus edib.
Co Baydenin administrasiyası 2023-cü ildə Ermənistana yardım üçün cəmi 24 milyon dollar ayrılması nəzərdə tutulur. Bu, bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən 2022-ci maliyyə ili üçün təsdiq ediləndən 21 milyon dollar azdır.
Co Baydenin administrasiyasının Azərbaycana 164 milyon dollardan çox hərbi yardımı sənədləşdirən hökumət hesabatından sonra açıqlanan Baydenin illik büdcəsi Ermənistanın yardımını 24 milyon dollardan bir qədər çox balanslaşdırır və Rus sülməramlı kontingentin nəzarət zonasında mövcud olan separatçılara yardımın əks olunmaması erməniləri məyus edib.


























