Vətəninfo.az xəbər verir ki, Britaniyanın BBC telekanalı, 2024-cü ilin oktyabrında yayımlanan Panorama proqramının redaktəsi ilə bağlı ABŞ prezidenti Donald Trampdan üzr istəyib, lakin təzminat ödəməkdən imtina edib.
BBC-nin açıqlamasına görə, proqramın redaktəsi nəticəsində “Prezident Trampın birbaşa zorakılığa çağırdığı barədə yanlış təəssürat yaranıb”. Şirkət, bu səbəbdən verilişin yayımını dayandırma qərarı alıb.
Trampın vəkilləri isə BBC-ni 1 milyard dollar təzminatla məhkəməyə verməklə hədələyiblər, əgər şirkət geri çəkilməyəcək və təzminat ödəməyəcəksə. BBC, 13 noyabr tarixində yayımlanan bəyanatında redaktə ilə bağlı səmimi təəssüflərini ifadə edib, lakin böhtan iddialarını rədd ediblər.
Bəyanatda qeyd edilib ki, redaktə edilən video, Trampın çıxışlarının müxtəlif hissələrindən kliplərdən ibarət olmuş, amma bu, sanki o, ABŞ Kapitolini zəbt etməyə çağırırmış kimi bir təsəvvür yaradıb. Həqiqətdə isə, Tramp həmin çıxışında vətəndaşların fikirlərini dinc şəkildə ifadə etmələrinin vacibliyini vurğulamışdı. BBC, həmin seqmentdən sonra Kapitola doğru yürüşləri əks etdirən görüntüləri yayımlayaraq, Trampın çağırışına əməl olunduğunu göstərən təəssürat yaratmışdı. Lakin bu görüntülər, əslində, Trampın Vaşinqtonda minlərlə tərəfdarı qarşısında çıxış etməzdən əvvəl çəkilmişdi.
Qalmaqal nəticəsində BBC-nin baş direktoru Tim Davie və News rəhbəri Deborah Turnsun istefa verib.


























