image-3160ccc3-f054-3433-92f6-b80e68c8bf24_850backend

BDU qərar verdi – imtahanlar belə keçiriləcək

image-reklam_sirab_01

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, bu barədə BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib: “Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib”.

Rektor Elçin Babayev vurğulayıb ki, Baş nazir Əli Əsədovun 22 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında xüsusi karantin rejimi 1 mart saat 00.00-dək qüvvədədir: “Koronavirusa yoluxmaların sayının artmasını izləyirik. Ona görə də payız sessiyasında olduğu kimi, yaz sessiyasının da hibrid formada təşkili daha məntiqli olar. Xüsusi karantin rejimi ilə bağlı Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən əlavə qərarlar olarsa, bunlar Elmi Şuranın növbəti iclaslarında nəzərə alınacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki