image-reklam-veteninfo
image-1backend

Beynəlxalq Cinayət Məhkəməsi Ciorcia Meloni haqda iş açıb

image-reklam-veteninfo

İtaliyanın Baş naziri Ciorcia Meloni onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) iddia qaldırıldığını bildirib.

Vətəninfo.az xəbər verir ki, bu haqda o,Rai1 telekanalına müsahibəsi zamanı danışıb.

“Mənə, Guido Crozettoya (İtaliyanın müdafiə naziri), Antonio Tajaniyə (xarici işlər naziri) və səhv etmirəmsə, “Leonardo” şirkətinin baş direktoru Roberto Cingolaniyə qarşı soyqırımda iştirak ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıblar. Məncə, nə dünyada, nə də tarixdə belə bir ittiham nümunəsi olmayıb”, – meloni deyib.

Qeyd edək ki, İtaliyanın aparıcı müdafiə sənayesi konserni “Leonardo”nun rəhbəri Roberto Cingolani daha əvvəl şirkətin Qəzza zolağında soyqırımda iştirak etməsi barədə iddiaları qəti şəkildə rədd etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki