Tarixən “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər bu xülyanı gerçəyə çevirmək üçün Azərbaycan xalqına qarşı dəfələrlə qanlı,faciəli qırğınlar törətmişlər.Çünki onlar “Böyük Ermənistan’ı” tarixi torpaqlarımızda yaradmalı idilər.Mart soyqırımlarıda belə qanlı,dəhşətli qətliamlardan biri idi. Əlbəttə ki xalqımız mənfur düşmənin belə addımlarını dəfələrlə görmüşdü.Lakin mart soyqırımları öz miqyasına,böyüklüyünə görə daha dəhşətli,daha faciəli,daha qanlı idi. Çünki bu hadisələr adından da göründüyü kimi soyqırım idi.Bu hadisələr bir başa Azərbaycan xalqının bu torpağlarda kökünü kəsməyə,onları məhv etməyə yönəlmişdi.
Ən dəhşətlisi isə odur ki,əzazil düşmən nəinki uşaqlara,qadınlara,qocalara rəhm etmir əksinə insanları xüsusi amansızlıqla öldürür,meyitləri təhqir edir,tanınmaz hala salırdılar.
Bütün bunlarla kifayətlənməyən, ürəyləri soyumayan erməni cəlladları insanları diri-diri yandırır,torpağa basdırır,uşağları deşici alətlərlə divardan asır,hamilə qadınların xəncərlə qarınlarını yarırdılar.
Tarixən türkləri özünə düşmən bilən ermənilərin əsas məqsədi Azərbaycanda yaşayan türkləri məhv etmək olsada bu dəhşətli soyqırımlarda minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıtmışdılar.
Bu dəhşətli hadisələrdən uzun illər keçib,lakin bir xalqı məhv etməyə yönəlmiş mart soyqırımları haqqında həqiqətlər hələ indi gün üzünə çıxır.Bütün bu hadisələr araşdırılır,onlara hüquqi qiymət verilir,müxtəlif elmi və bədii əsərlər yazılır,gerçəklik dünya ictimayyətinə çatdırılır,abidələr ucaldılır,soyqırım qurbanları hər il 31 martda yad edilir.Bir daha qeyd etmək lazımdır ki,mart soyqırımları ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən qanlı və dəhşətli hadisələr idi.
Əliyev Seyhun Ataməli oğlu
Əlillər Cəmiyyətinin üzvü