image-reklam-veteninfo
image-defaultbackend

Braziliyada dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki açılıb

image-reklam-veteninfo

Braziliyanın San-Paulu əyalətinin Kampinas şəhərində dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki istifadəyə verilib. Oddity Central xəbər verir ki, müəssisə həftə ərzində 190 milyona qədər ağcaqanad istehsal gücünə malikdir.

Vətəninfo.az xəbər verir ki, fabrikin yaradılmasının əsas məqsədi ölkədə sürətlə yayılan dang qızdırması ilə mübarizə aparmaqdır. 1300 kvadratmetr sahəni əhatə edən müəssisədə Wolbachia adlı zərərsiz bakteriya ilə yoluxdurulmuş Aedes aegypti növündən olan ağcaqanadlar yetişdirilir. Bu bakteriya ağcaqanadların Denq virusunu daşımasına və insanlara ötürməsinə mane olur. Nəticədə təbiətə buraxılan ağcaqanadlar və onların nəsilləri xəstəliyi yaymaq qabiliyyətini itirirlər.

Yetişdirmə prosesi tam nəzarət altında həyata keçirilir. Sürfələr xüsusi temperaturda su ilə doldurulmuş çənlərdə böyüdülür. Yetkin ağcaqanadlara erkək fərdlər üçün şirin məhlul, dişi fərdlər üçün isə insan dərisini təqlid edən torbalarda heyvan qanı verilir. Ağcaqanadlar qəfəslərdə təxminən bir ay yaşayır, bu müddətdə çoxalaraq yumurta qoyurlar və dövr təkrarlanır.

Mütəxəssislər bildirirlər ki, bu metod artıq bir neçə ölkədə sınaqdan uğurla keçib, lakin Braziliya bu sistemi ən geniş miqyasda tətbiq edən ilk ölkədir. Bunun səbəbi ölkədə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki