image-reklam-veteninfo
image-1backend

Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə 132 milyon dollar xərcləyəcək

image-reklam-veteninfo

The Guardian ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Britaniya hökuməti La-Manş kanalı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə 100 milyon funt-sterlinq (132 milyon dollar) xərcləyəcək.

“Nazirlər Fransa ilə “bir gir, bir çıx” geri qaytarma müqaviləsi də daxil olmaqla Kanal boyunca keçidləri məhdudlaşdırmaq üçün tədbirlərə əlavə 100 milyon funt sterlinq xərcləyəcəklər” dedi.

Daxili işlər naziri İvette Kuper bildirib ki, bu pullar Milli Cinayət Agentliyinin daha 300 əməkdaşına ödənəcək, həmçinin insanların qeyri-qanuni yerdəyişməsi ilə məşğul olan qruplar haqqında kəşfiyyat məlumatları toplamaq üçün yeni texnologiya və avadanlıqlar alacaq.

Bundan əvvəl Britaniya hökuməti 2025-ci ilin əvvəlindən Manş boğazı ilə Böyük Britaniya sahillərinə 25 mindən çox qeyri-qanuni miqrantın gəldiyini bildirmişdi ki, bu da iyulun sonu üçün rekord göstəricidir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki