image-reklam-veteninfo
image-usa-lotterybackend

Bu lotereyanı udan şəxs milyarder olacaq

image-reklam-veteninfo

ABŞ-ın ən populyar milli lotereyalarından biri olan Powerball-un cekpotu 1 milyard dollara yüksəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytı məlumat yayıb.

Çərşənbə günü keçirilən son tirajda qalib müəyyən olunmadığından uduş məbləği artırılıb və 1 milyard dollara çatıb. Qalibin növbəti tirajın keçiriləcəyi şənbə günü elan ediləcəyi gözlənilir.

Powerball tarixinin ən böyük cekpotu — 2,04 milyard dollar — 7 noyabr 2022-ci ildə qazanılıb. Həmin lotereyanın qalibi Kaliforniya ştatının sakini Edvin Kastro olub və vergilərdən sonra təxminən 1 milyard dollara yaxın məbləğ əldə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki