image-reklam-veteninfo
image-1backend

Bu mənzillərə görə artıq vergi tutulmayacaq

image-reklam-veteninfo

Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfi çərçivəsində müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

Vətəninfo.az xəbər verir ki, sənəddə qeyd olunur ki, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən təqdim olunan yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki