“France-Presse” xəbər verir ki, Qvineya-Bisau ordusu ölkəyə tam nəzarəti ələ keçirdiklərini açıqlayıb. Hərbçilər ölkə prezidenti Umaru Sissoka Embalonu həbs ediblər.
Hərbi çevrilişlə hakimiyyətə gələn ordu ölkənin ali idarəetmə orqanı kimi hərbi nizam-intizam komandanlığı yaradıb.
Briqada generalı Denis N’Kanya bu barədə milli televiziyada məlumat verib. O qeyd edib ki, komandanlıq növbəti xəbərdarlığa qədər ölkəni idarə edəcək.
Koordinasiya rəhbərinin adı hələ açıqlanmayıb.
Ordu bütün mülki fəaliyyətləri dayandırıb, sərhədləri bağlayıb, gecə komendant saatı tətbiq edib və media əməliyyatlarını dayandırıb.


























