image-reklam-veteninfo
image-1backend

Bu ölkədə uşaq oyuncaqlarının satışı qadağan edildi 

image-reklam-veteninfo

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində “Taliban” rəhbərliyi kuklaların satışını qadağan edib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, “Afghanistan International” məlumat yayıb.

Qərar “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” tərəfindən verilib. Qadağa uşaq oyuncaqlarının bütlərə bənzəməsi və bu səbəbdən İslamda haram sayılması ilə əsaslandırılıb.

Şəhər rəhbərliyi kukla və oxşar oyuncaqların dərhal satışdan yığışdırılmasını əmr edib. Qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki