image-reklam-veteninfo
image-1backend

Bu ölkədən 841 rusiyalı QOVULDU

image-reklam-veteninfo

Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına ölkəni tərk etməyi əmr edib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Latviyanın Vətəndaşlıq və Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilir ki, adıçəkilən şəxslər Avropa İttifaqında uzunmüddətli rezident statusu əldə etmək üçün tələb olunan şərtləri – latış dili biliyinin təsdiqi və təhlükəsizlik yoxlamasından keçmə prosesini 2025-ci il iyunun 30-dək yerinə yetirməyiblər.

Əgər onlar 13 oktyabra qədər ölkəni tərk etməsələr, deportasiya ediləcəklər.

Latviyada bu qaydalar 2022-ci ildən sonra qəbul edilib və əsas məqsəd, ölkədə yaşayan əcnəbi vətəndaşların yerli inteqrasiya və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki