Vətəninfo.az xəbər verir ki, Cənubi Sudanda baş verən silahlı insident nəticəsində azı 14 əsgər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Hadisənin sevgi münasibətləri zəminində baş verdiyi bildirilir.
CBS News-un məlumatına görə, atışma bazar günü ölkənin neftlə zəngin Abyei bölgəsində yerləşən bazarda baş verib. Həlak olanlar Cənubi Sudanın yüksək rütbəli şəxslərini mühafizə edən birləşmiş qüvvələrin tərkibində xidmət edən hərbçilər olub.
İlkin araşdırmalara əsasən, silahlı qarşıdurma iki zabit arasında eyni qadınla münasibət üstündə yaranmış mübahisə nəticəsində baş verib. Məlumata görə, mübahisə qısa zamanda nəzarətdən çıxaraq faciəyə səbəb olub.
Hadisə ilə bağlı rəsmi istintaq başladılıb.


























