image-reklam-veteninfo
image-1backend

Bu şirkət Ukraynaya 1000-ə yaxın Zetros hərbi yük maşını tədarük edəcək

image-reklam-veteninfo

Almaniyanın tanınmış avtomobil istehsalçısı Daimler Truck Ukraynaya təxminən 1000 ədəd Zetros hərbi yük maşını tədarük etmək üçün sifariş alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu Frankfurter Allgemeine Zeitung qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Daimler Truck bundan əvvəl Ukraynaya artıq 200-dən çox Zetros tipli yük maşını çatdırıb. Bu maşınlar əsasən döyüş bölgələrində şəxsi heyətin və silah-sursatın daşınması, həmçinin yaralıların təxliyəsi məqsədilə istifadə olunur.

Yeni sifarişin detalları ictimaiyyətə açıqlanmasa da, şirkət bu mövzuda şərh verməkdən imtina edib.

Qeyd edək ki, Daimler Truck dünyanın ən böyük yük avtomobilləri istehsalçılarından biridir. Şirkət BharatBenz, Freightliner, FUSO, Mercedes-Benz, Setra, Thomas Built Buses və Western Star markaları altında müxtəlif növ yük maşınları, traktorlar və avtobuslar istehsal edir. Daimler Truck 2021-ci ildə, səhmlərinin 35 faizi Mercedes-Benz Qrupuna məxsus olmaqla müstəqil şirkət kimi fəaliyyətə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki