image-621c606bd4164621c606bd41651646026859621c606bd4162621c606bd4163backend

Cəlilabadda narkokuryerlərdən 17 kq-a yaxın narkotik götürülüb

image-reklam_sirab_01

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıb. Onlardan 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki