image-reklam-veteninfo
image-1backend

Cenevrədə Ukrayna ilə bağlı hansı qərar verildi? –Rubio görüşün detallarını AÇIQLADI  

image-reklam-veteninfo

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Cenevrədə jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ilk danışıqların “çox məhsuldar” keçdiyini bildirib. Onun sözlərinə görə, tərəflər sabah danışıqları davam etdirərək “sülh planı” üzərində işi sürətləndirəcəklər.

Rubio qeyd edib ki, ABŞ tərəfindən hazırlanmış sənədin versiyasından asılı olaraq plan 26 və ya 28 bənddən ibarətdir. Dövlət katibinin sözlərinə görə, layihə üzərində iş artıq üç həftədir davam edir və son dörd gündə proses nəzərəçarpacaq dərəcədə irəliləyib.

Bununla belə, bir sıra məsələlər üzrə müzakirələrin davam etdirildiyini bildirən Rubio yekun razılaşmanın dövlət başçıları səviyyəsində təsdiqlənməli olduğunu vurğulayıb.

“Bir neçə məsələ var ki, onların üzərində işi davam etdirməliyik. Yekun razılaşma, təbii ki, prezidentlər səviyyəsində təsdiqlənəcək”, — deyə o qeyd edib.

Rubio ABŞ-ın Ukrayna ilə bağlı plan üzrə “mümkün qədər tez” razılığa gələcəyinə ümid etdiyini deyib. O, yaxın günlərdə sənədə əlavə dəyişikliklərin edilə biləcəyini də istisna etməyib: “Ona görə də təklifin yekun variantında konkret məqamlarla bağlı geniş açıqlama vermək istəmirəm, çünki sabah və ya bir gün sonra hər şey dəyişə bilər”.

Dövlət katibi həmçinin Rusiyanın mövqeyinin nəzərə alındığını bildirib: “Aydındır ki, burada rusların söz haqqı var. Biz prosesin əvvəlindən Rusiyanın mövqeyini anlamağa çalışmışıq, çünki bu, bizə müxtəlif kanallarla çatdırılıb”.

Rubio əlavə edib ki, Ukrayna ilə razılıq əldə olunduğu halda bunun Rusiya tərəfinə də təqdim ediləcəyini gözləyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki