image-12backend

Cənubi Koreya və ABŞ təlimlərə başlayır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  Cənubi Koreya və ABŞ 5 ildə ilk dəfə böyük müttəfiq səhra təlimləri çərçivəsində Ssangyong irimiqyaslı amfibiya təlimləri keçirəcək. Bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrin  xəbər yayıb.

Ssangyong təlimləri bazar ertəsi, martın 20-də başlayacaq. Onlar 2018-ci ildən bəri ilk dəfə keçirilir. Bu dəfə onlarda iştirak etmək üçün desant qüvvələri, 30 gəmi, o cümlədən müttəfiqlərin hücum gəmiləri, F-35B qırıcıları da daxil olmaqla 70 təyyarə, AH-64 Apache hücum helikopterləri və 50-yə yaxın desant maşınından istifadə olunacaq. Fövqəladə hallar, minalardan təmizləmə, quruda təhlükə elementlərinin aradan qaldırılması, eniş meydançalarında yanğına dəstək, havadan və dənizdən eniş əməliyyatlarının aparılması ssenariləri işlənəcək.

“Qarşıdan gələn təlim Cənubi Koreya-Amerika ittifaqının “güc yolu ilə sülh” əldə etmək iradəsini nümayiş etdirəcək və biz Cənubi Koreyanı müdafiə etmək üçün vahid müdafiə mövqeyini daha da gücləndirəcəyik”, – Cənubi Koreya Dəniz Piyadaları Korpusu bildirib.

Təlimdə ilk dəfə olaraq 40-a yaxın Britaniya dəniz piyadasının da iştirak edəcəyi, Avstraliya, Fransa və Filippin personalının müşahidəçi qismində iştirak edəcəyi bildirilir. Keçmişdə Ssangyong təlimində Avstraliya və Yeni Zelandiyadan olan hərbçilər iştirak ediblər.

Şimali Koreya Seul və Vaşinqtonda keçirilən hərbi təlimləri kəskin tənqid edib. Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq ABŞ və Cənubi Koreyanın regionda hərbi fəaliyyətini davam etdirəcəyi təqdirdə “çarpıcı” cavab tədbirləri görəcəyini vəd edib. ABŞ-ın strateji zərbə aktivlərinin Koreya yarımadası ərazisində hərəkəti KXDR üçün birbaşa və ya dolayı təhdid kimi qiymətləndirilərsə, Pxenyan müvafiq addımlar atacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki