Vətəninfo.az xəbər verir ki, İranda fəaliyyət göstərən “Ceyş ul-Ədl” sünni silahlı qruplaşması Zahidan şəhərində yerləşən Sistan və Bəluçistan əyalətinin Ədliyyə İdarəsinin binasında həyata keçirdiyi silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma bu barədə yaydığı bəyanatda bildirib ki, “Ədalətin əli” adlandırılan əməliyyat çərçivəsində Ədliyyə İdarəsinin binası hədəfə alınıb.
Hücum nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir. Qurbanların dəqiq sayı hələlik rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, “Ceyş ul-Adl” bundan əvvəl də bölgədəki sünni bəluçların hüquqlarının pozulması və edam cəzalarının icrasına etiraz olaraq oxşar hücumlar həyata keçirdiyini bəyan edib.