image-1681977676_redvingsbackend

Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

image-reklam_sirab_01

Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa uçuşlara başlayır.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin Mətbuat xidməti yayıb.

Moskvadan Bakıya uçuşlar mayın 4-dən başlayacaq və cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Moskvaya reyslərə isə mayın 5-i start veriləcək və həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Uçuşun müddəti 3 saat 30 dəqiqə təşkil edəcək və 100 yerlik “SSJ 100” təyyarələri ilə həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki