image-reklam-veteninfo
image-625235fa52abf625235fa52ac01649554938625235fa52abb625235fa52abdbackend

Daha bir ölkə havaya ballistik raket buraxdı, NATO 40 000 hərbçilə hərəkətə keçdi

image-reklam-veteninfo

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini uğurla sınaqdan keçirib.

Veteninfo.az xəbər verir ki, bu barədə şənbə günü ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Məqsəd silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən sınaqdan keçirilməsi olub”, – deyə məlumatda bildirilir.

Şahin-III raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir.

Onun uçuş məsafəsi 2750 km-dir.

***

NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır.

Veteninfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Sunday Telegraph” qəzetinə müsahibəsində bildirib.

Stoltenberq qeyd edib ki, Alyansın şərq cinahında artıq 40 minə yaxın hərbçi yerləşdirilib ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Alyans rəhbəri onların sayının artacağını bildirib.

NATO-nun regionda qruplaşmasının necə olacağı ilə bağlı yekun qərarın təşkilatın bu ilin iyununda Madriddə keçiriləcək sammitində təsdiqlənməsi planlaşdırılır.

“Hazırda gördüyümüz iş yeni reallıqdır. Ancaq Avropanın təhlükəsizliyi üçün normal haldır. Hərbi komandanlıqlar bu yeniliyə uyğunlaşmaq üçün planlar təqdim edir. İyun ayında Madrid sammitində bu məsələ ilə bağlıqərar qəbul ediləcəyini gözləyirəm”,-deyə Stoltenberq bildirib.

Martın 24-də NATO-nun baş katibi Ukraynadakı hadisələrə cavab olaraq Alyansın şərq cinahındakı hərbi mövcudluğunu dənizdə, quruda və havada daimi olaraq artıracağını, həmçinin hava hücumundan müdafiəni, gücləndirəcəyini açıqlamışdı.

Bundan əlavə, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradılacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki